Dünya futbolu
Premyer Liqa klubu baş məşqçisini qovdu
İngiltərənin “Stok Siti” klubu baş məşqçisi M…
İngiltərənin “Stok Siti” klubu baş məşqçisi Mark Hyuzu istefaya göndərib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Uelsli mütəxəssisin qovulmasına komandanın uğursuz çıxış etməsi səbəb olub.
Premyer Liqada 20 komanda arasında 18-ci pillədə qərarlaşmış “Stok”un İngiltərə kubokunun 1/32 final mərhələsində aşağı liqa təmsilçisi “Koventri”yə uduzması (1:2) rəhbərliyin səbr kasasını daşırıb. Onlar Hyuzla yolları ayırmağa qərar veriblər.
“Stok Siti”ni “Mançester Yunayted”lə Premyer Liqanın növbəti turu çərçivəsində keçiriləcək oyuna klubun əvəzedici heyətinin baş məşqçisi Eddi Nidzvieski çıxaracaq.
İngiltərə mətbuatında Hyuzu Ronald Kuman, Martin O Nil və ya Qari Rovettin əvəz edəcəyi qeyd edilib.
Xatırladaq ki, 54 yaşlı mütəxəssis 2013-cü ildən “qırmızı-ağlar”ı çalışdırırdı.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq