Dünya futbolu
Arda “Başakşəhər”də – Klub prezidenti onunla razılığa gəlib
Türkiyənin “Başakşəhər” klubu “Barselona&r…
Türkiyənin “Başakşəhər” klubu “Barselona”nın futbolçusu Arda Turanla razılığa gəlib.
Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə İstanbul təmsilçisinin 30 yaşlı yarımmüdafiəçi ilə 1,5 il üçün 10 milyon avro qarşılığında razılığa gəldiyi qeyd edilib. Futbolçunun keçidində yeganə problemin “Barselona” ilə “Başakşəhər” arasında olan kiçik fikir ayrılığı olduğu vurğulanıb.
Klub prezidenti Göksel Gümüşdağ Ardanın keçidini həll etmək üçün dünən İspaniyaya yollanıb. O, futbolçunun özü ilə görüşərək, təcrübəli yarımmüdafiəçini Türkiyəyə qayıtmağa razı salıb.
Xatırladaq ki, Arda cari mövsümdə “Barselona”da heç bir oyunda şans qazanmayıb.