Ölkə futbolu
“Qarabağ” 2,5 milyon dollarlıq hücumçunu istəyir
Dino Ndlovunu Çin klubuna satan “Qarabağ” yeni h&u…
Dino Ndlovunu Çin klubuna satan “Qarabağ” yeni hücumçu axtarışlarını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi CAR-ın “Mamelodi Sandaunz” klubunun hücumçusu Xama Billiatın xidmətində maraqlıdı. Bu barədə məlumatı Cənubi Afrika mətbuatı yayıb. Xəbərdə “köhlən atlar”ın zimbabveli futbolçunun transferi üçün onun klubuyla danışıqlar apardığı qeyd edilib.
Mənbənin məlumatına görə, “Mamelodi Sandaunz” klubla müqavilə müddəti bu ilin yayında başa çatacaq 27 yaşlı futbolçunun transferi üçün 2,5 milyon dollar tələb edir. “Qarabağ” isə CAR təmsilçisi ilə danışıqlar zamanı bu məbləği aşağı salmağa çalışır. Xəbərdə həmçinin, təmsilçimizin Zimbabve millisinin də üzvü olan futbolçuya aylıq 40 min dollar ödəməyə hazır olduğu da vurğulanıb.
Karyerası ərzində “Mamelodi Sandaunz”dan başqa, ölkəsinin “KAPS Yunayted” və CAR-ın “Ayaks Kape Taun” klublarının da şərəfini qorumuş Billiat, 2011-ci ildən Zimbabve millisinin üzvüdü. O, yığmada keçirdiyi 26 oyunda 7 qola imza atıb.
Yarımmüdafiənin həm sağ, həm də sol cinahında oynaya bilən futbolçunun əsas mövqeyi ikinci hücumçudu. Billiatın hər iki ayağı işləkdi. Zimbabveli futbolçu cari mövsümdə şans qazandığı 7 oyunda 3 qol vurub.
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü