Ölkə futbolu
“Kəpəz” Cənubi Koreya klubu ilə qarşılaşacaq
“Kəpəz”in Türkiyə toplanışı müddətində y…
“Kəpəz”in Türkiyə toplanışı müddətində yoxlama oyunu keçirəcəyi sonuncu rəqibi məlum olub.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Antalyada Cənubi Koreyanın “Tedjon Sitizen” komandası ilə qarşılaşacaq. Oyun yanvarın 25-də keçiriləcək.
Xatırladaq ki, “Kəpəz” qardaş ölkədə dörd yoxlama görüşündə qüvvəsini sınayacaq. “Sarı-göylər” asiyalılarla yanaşı, yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 28-də “Yagelloniya” (Belostok, Polşa) və 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə qarşılaşacaq.