Ölkə futbolu
Uqo Barqas: “Neftçi”dən ayrılmaq çox çətin idi”
Bir neçə gün öncə “Neftçi” ilə …
Bir neçə gün öncə “Neftçi” ilə yollarını ayıran Uqo Barqas Boliviyanın “Bluminq” klubuna keçidi rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, köhnə-yeni klubu ilə müqavilə imzalayan Argentina əsilli fransız hücumçu təəssüratlarını bölüşüb. 31 yaşlı forvard sonradan müqavilə müddətini uzatdığı üçün “Neftçi”dən ayrılmağın çətin olduğunu bildirib:
“Neftçi” ilə 1 illik müqavilə imzalamışdım. Amma yeni baş məşqçi gələndən sonra onun istəyilə müqavilə müddətini daha 6 ay uzatdıq. Belədə "Neftçi"dən ayrılmaq çox çətin idi. Lakin “Bluminq”ə dönmək variantı yarananda çox həyəcanlı idim. Belə vəziyyətdə “Neftçi” ilə razılıq əldə edə bildik. Bunun üçün çox xoşbəxtəm. İllər keçdikcə daha təcrübəli oluram və özünəinamım artır. Bu da komandama daha çox fayda verməyimə yetərli olacaq".
Xatırladaq ki, Barqas “Neftçi”yə də məhz “Bluminq”dən transfer olunmuşdu.