Dünya futbolu
Futbolçu dopinqdə ilişdi – 1 illik cəza
İtaliyanın “Benevento” klubunun kapitanı Fabio Lu&ccedi…
İtaliyanın “Benevento” klubunun kapitanı Fabio Luçoni bir il müddətinə futbol yarışlarından kənarlaşdırılıb.
Futbolinfo.az xəbər verir ki, buna ondan götürülən dopinq testin müsbət nəticə verməsi səbəb olub. “Football İtalia”nın yaydığı xəbərə görə, futbolçudan A Seriyasının 3-cü turu çərçivəsində “Torino” ilə oyundan (0:1) sonra götürülən test futbolçu üçün yaxşı nəticələnməyib. Komandanın həkimi Valter Corcone səhvən ona qadağan olunmuş həblər verib. Bu isə futbolçunun bir il müddətinə diskvalifikasiya olunmasına gətirib çıxarıb.
Qeyd edək ki, A Seriyasının aşkar autsayderinin həkimi də sərt cəzalandırılıb. Ona 4 illik cəza verilib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”