Ölkə futbolu
“Neftçi” bu futbolçuları Antalyaya apardı (SİYAHI)
"Neftçi" bu gün səhər saatlarında qış fasil…
"Neftçi" bu gün səhər saatlarında qış fasiləsindəki hazırlığın ikinci mərhələsini keçirəcəyi Türkiyəyə yola düşüb. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar" Bələkdə yerləşən "Alva Donna” otelində məskunlaşacaq.
Türkiyəyə yollanan heyətdə 18 oyunçu – Səlahət Ağayev, Aqil Məmmədov, Rəşad Əzizli, Kirilo Petrov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, İlkin Qırtımov, Rəşad Sadiqov, Emin Mahmudov, Derlis Meza Kolli, Namik Ələskərov, İqnasio Errera, Rəhman Hacıyev, Mirabdulla Abbasov, Elnur Süleymanov, Elçin Əsədov, Fərid Abbaslı və Fransisko Qarsiya yer alıb. Daha 4 futbolçu – Ömər Buludov, Elnur Cəfərov, Anton Krivotsyuk və Elvin Sərkərov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsində olduqlarından, təlim-məşq toplanışına sonradan qoşulacaqlar.
Qeyd edək ki, Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, yanvarın 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, yanvarın 27-də Rusiyanın "Krılya Sovetov”, yanvarın 30-da isə Makedoniyanın "Sileks" klubları ilə üz-üzə gələcək. Təlim-məşq toplanışına yanvarın 31-də yekun vurulacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”