Milli komanda
Ramil Şeydayev də U-21-ə çağırıldı
Antalyada təlim məşq toplanışında olan U-21 millimizin heyətin?…
Antalyada təlim məşq toplanışında olan U-21 millimizin heyətinə yeni futbolçular cəlb olunub.
Futbolinfo.az xəbər verir ki, "Qarabağ"ın futbolçuları Mahir Mədətov, Ramil Şeydayev, Donetsk "Şaxtyor"unun üzvü Murad Xaçayev və "Qəbələ"nin oyunçusu Qismət Alıyev gənclər millimizin hazırlıq prosesində iştirak edəcək. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
U-21 yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.