Ölkə futbolu
“Neftçi”dən bir gündə iki məğlubiyyət
Antalyada məşqlərini davam etdirən “Neftçi” bu …
Antalyada məşqlərini davam etdirən “Neftçi” bu gün Türkiyədəki hazırlıq prosesi çərçivəsində daha iki yoxlama oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, Tərlan Əhmədovun çalışdırdığı paytaxt təmsilçisi öncə Rumıniyanın "Konkordiya” klubu ilə üz-üzə gəlib. Günorta saatlarında baş tutan qarşılaşma rəqib komandanın minimal hesablı qələbəsi ilə başa çatıb.
Axşam saatlarında isə “ağ-qaralar” Bolqarıstanın "Slaviya” komandası ilə görüşüblər. Bu oyun da “Neftçi”nin məğlubiyyəti ilə başa çatıb.
Xatırladaq ki, “Neftçi” Antalya toplanışı çərçivəsində daha öncə Rusiya Premyer Liqası təmsilçisi "OİK-Xabarovsk”a 1:8 hesabı ilə məğlub olmuşdu.
Yoxlama oyunları
25 yanvar
“Neftçi” – “Konkordiya” 0:1
“Neftçi”nin start heyəti: Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Fərid Abbaslı, Kirilo Petrov, İlkin Qırtımov, Elçin Əsədov, Roxdi Axente, Emin Mahmudov (k), İqnasio Errera, Ednan Muniz, İqor Sikorski.
Ehtiyat oyunçular: Rəşad Əzizli, Ruslan Abışov, Anton Krivotsyuk, Rəşad Sadiqov, Derlis Meza Kolli, Elnur Süleymanov, Rəhman Hacıyev, Fransisko Qarsiya, Mirabdulla Abbasov.
“Neftçi” – “Slaviya” 0:1
“Neftçi”nin start heyəti: Rəşad Əzizli, Anton Krivotsyuk, Ruslan Abışov (K), Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Derlis Meza Kolli, Rəhman Hacıyev, Elnur Süleymanov, Namik Ələskərov, Fransisko Qarsiya, Mirabdulla Abbasov.
Ehtiyat oyunçular: Səlahət Ağayev, Fərid Abbaslı, Kirilo Petrov, İlkin Qırtımov, Elçin Əsədov, Roxdi Axente, Emin Mahmudov, İqnasio Errera, İqor Sikorski.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub