Ölkə futbolu
Aqil Məmmədovun “Qəbələ”yə dönüşü dəqiqləşdi
"Qəbələ" klubu qış fasiləsində yollarını ayırdığ…
"Qəbələ" klubu qış fasiləsində yollarını ayırdığı qapıçı Aqil Məmmədovu geri qaytarmağı qərara alıb. Bu barədə "Report"a "qırmızı-qaralar"ın meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Onun sözlərinə görə, gözlənilmədən "Neftçi" ilə yollarını ayıran 29 yaşlı qolkiper artıq əvvəlki komandasına dönüb: "Aqilin "Neftçi"dən ayrılmaq istədiyini eşitdik. Biz də qapıçı axtarışında idik. Ona görə də komandamıza qayıtmasını istədik".
Qapıçının özü isə açıqlamasında artıq "Qəbələ"nin düşərgəsində olduğunu bildirib: O, “Neftçi”dən ayrılma səbəbi haqda danışmaq istəməyib: "Klubu tərk etməyim əsas heyətdə oynayıb-oynamamağımla və ya maddi məsələlə ilə bağlı deyil. İndi bu barədə heç nə deyə bilməyəcəyəm".
Öz növbəsində "Neftçi" klubu Aqil Məmmədovla müqaviləyə onun xahişi ilə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb. Qapıçıya “Neftçi”dəki xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb. Amma hansı xidmətə görə – bax, bu yazılmayıb!!!
Qeyd edək ki, Aqil Məmmədov "Neftçi" ilə 2017-ci il dekabrın 29-da azad agent kimi 1 illik müqavilə bağlamışdı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub