Ölkə futbolu
“Keşlə”dən Ukrayna klubuna məğlubiyyət
Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə&rdq…
Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Yuri Maksimovun çalışdırdığı kollektiv Ukraynanın “Karpati” klubu ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Bakılıların yeganə qolunu 57-ci dəqiqədə Əlibəy Məmmədli vurub.
Xatırladaq ki, “Keşlə” Antalyadakı ilk sınaq matçında Makedoniyanın “Rabotniçki” klubuna 1:0 hesabıyla qalib gəlmişdi.
Yoxlama oyunu
29 yanvar
“Keşlə” – “Karpatı” 1:2