Bizi izləyin

Ölkə futbolu

Qurban Qurbanov: “Moldova ilə oyunda nəticə mütləqdi”

Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Moldova il…

blank

Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Moldova ilə hazırlıq oyunundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

– Milli komanda ilə ilk toplanışınızdı. Klubla yığma arasında hansı fərqlər var?
– Fərq əlbəttə ki, var. Hamı anlayırki, bu, milli komandadı. Klubda demək olar ki, hər gün bir yerdə oluruq. Amma burda məsuliyyət daha da böyükdü. Hamı kimi mən də bunu ilk gündən hiss elədim. Diqqətli olmalıyam və az müddətdə futbolçulara nə istədiyimi başa salmalıyam.

– Psixoloji hazırlıq çox önəmlidi. Düşərgədə “Neftçi”nin futbolçuları da var ki, sınaq oyunlarında ardıcıl məğlub olublar. Onlarla ümumi söhbət aparılıbmı, vəziyyət necədi?
– Bu gün tam istədiyimiz oyunu tələb etmək düzgün çıxmaz. Hər klubun hazırlığı fərqlidi. Düşünürük ki, sınaq oyunlarında nəticə o qədər də önəmli deyil, amma bir şey də var ki, məğlubiyyətə baxmayaraq, məşqçi öz istədiyini oyunçulardan ala bildimi? İndiki halda psixoloji vəziyyətdənsə, oyunçuların fiziki yorğunluğu daha çox təsir edə bilər. Bəzi futbolçular var ki, ayın 25-i, 27-si 90 dəqiqə və hətta daha da artıq oynayıblar. Bu, məni daha çox narahat edir. Yorğun oyunçunun matça hazır olma ehtimalı azdı, üstəlik zədələnmə riski yüksəkdi. Milliyə gələn hamı peşəkar oyunçulardı və bilirik ki, fikrimiz ancaq burda olmalıdı. Bütün oyunçuları tanıyırıq, güvənirik.

– Moldova ilə oyunda nəticə nə dərəcədə vacibdi?
– Nəticə mütləqdi, istərdik ki, uğurlu start verək, amma dediyim kimi bir oyun çox azdı, istərdik ki, iki oyun keçirək. Alınmadı. Buna görə də nəticəyə mütləq önəm verəcəyik. Amma əsasən, düşündüklərimizi meydanda tətbiq etmək istəyirik. Moldovanın Cənubi Koreya ilə oyunun ilk hissəsinə baxdım. Onların əsas üstünlüyü artıq bir yerdə oyun keçirmiş olmalarıdır. Əsas vacib olan oyunçuların meydandakı düşüncələridir. Məqsəd nəticəyə gedən yolda komandanı daha yaxşı hazırlamaqdır.

– “Qarabağ”da rotasiyalarınız adətən uğurlu alınırdı. Millidə də belə dəyişikliklər, hansısa oyunçunun fərqli mövqedə oynamasını görəcəyikmi?
– Rotasiyaya ehtiyac yoxdu. Amma elə mövqelər var ki, artıq özlüyümdə düşünmüşəm ki, bir hissə oynayacaqlar. Oyunun gedişatına da baxacağıq. On uyğun hərəkət edəcəyik.

– Özünüz də dediniz ki, bir oyun sizin üçün azdı. Olmazdı ki, Antalyada hazırlıq keçən güclü klublardan birini rəqib kimi seçərdik?
– Mən çox istərdim ki, oyunlarımız milli səviyyəsində olsun. Klublarla qarşılaşmağı istəmirəm. Oyunçuların hansısa yığmaya qarşı hazırlaşmalarını istəyirəm. Bunun bizə çox faydalı olacağını da düşünmürəm.

– Rəqiblə necə razılaşmısız, əvəzetmələr limitsiz olacaq?
– Sabah bu barədə danışacağıq. İstənilən halda razılığa gələcəyimizi düşünürük.

– Əsas mübahisəli mövqelərdən biri də müdafiənin mərkəzidi. Kimi sınamaq istəyirsiz o mövqedə?
– Böyük ehtimalla biri Maksim olacaq.

– Açıqladığınız heyət ümumilikdə müsbət rəy qazansa da, bəzi oyunçuların olmaması müzakirələrə səbəb oldu. Amil Yunanov və Bəxtiyar Həsənalızadənin dəvət almaması azarkeşlər və futbol ictimaiyyəti arasında müəyyən rezonans yaratdı…
– Hər hansı xüsusi bir səbəbi yoxdu. Təkcə o iki oyunçu yox, bir neçə futbolçu yenə var ki, nəzərimizdədi. Amma bir az dərindən düşünsək və bir oyun olduğunu nəzərə alsaq, hansısa oyunçunu çağırıb oynamadaq geri qaytarmaq da olmaz. Hardasa 7-8 futbolçu var ki, daim nəzərimizdədi, narazılıq etmək lazım deyil. Bu gün 24 oyunçu çağırmışıqsa, o demək deyil ki, millinin heyəti bunlardan ibarətdi. Hər oyun qabağı, rəqibə uyğun komanda yığacağıq, birində hücumçu çox olacaq, digərində yarmmüdafiəçi və s.

– Hazırkı heyətdə yer alan ölkədən xaricdə çıxış edən yeganə oyunçu Pavel Paşayevdi. Onun hazırlığı necədi?
– Normaldı. Komandaya dünən qoşulub, tam məşqə başlayıb. Hər bir futbolçunun hazırlıq səviyyəsi ortadı və çatışmazlıqlar var.

– Kamran Ağayev xəstədi. Sabah oynaya biləcək?
– Sabah qərar verəcəyik. Dünən də qızdırması var idi, tez keçdi.

– Futbolçularla fərdi söhbətlər etmisiz?
– Hamı ilə yox, bəzi oyunçularla olub. Proqramımda var ki, Bakıda həftədə bir dəfə bir neçə futbolçu ilə görüşüm, onları diqqətdə saxlayım. Belə görüşlər olacaq.

– “Qarabağ” da sınaq oyunu keçirir. Həmin oyunun heyətini siz seçmisiz?
– “Qarabağ”a və Rəşada uğurlar arzulayıram (gülür).

– İndiki heyətin 80-90%-i vaxtilə əvvəlki məşqçinin vaxtından millidədi. Sizcə komandada dəyişiləsi çox şey var?
– Hamısı peşəkar futbolçulardı. Mən əvvəlki heyətin içində olmamışam deyə nəsə deyə bilmərəm. Amma Robertlə danışarkən həmişə oyunçulardan razılıq edirdi. Biz də uğur əldə etmək üçün daha çox çalışmalıyıq. Bu gün komandada hər şey qaydasındadı deyə, dayanıb durmaq olmaz.

– Moldovanın oyununun ilk hissəsini izləmisiz, diqqətinizi çəkən nə oldu?
– Müdafiədə çox diqqətli oynayırlar. Sürətli əks-hücumları var. İlk hissəni canlı, ikinci yarını video yazı ilə izlədim. Başqa nəsə desəm, düzgün çıxmaz.

– Eddi İsrafilovla Dəniz Yılmazın bundan sonra milliyə çağrılmaz şansları nə qədərdi?
– Hər bir oyunçu nəzərdə saxlanılır, ehtiyac olduqda dəvət edəcəyik. Sizə dəqiq tarix deyə bilmərəm ki, onları nə vaxt dəvət edəcəyik.

Reklam

Reklam


blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm