Ölkə futbolu
Millimiz üçüncü oyununda da uduzdu
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İran…
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İranın Buşehr şəhərində təşkil olunmuş “Persian Cup 2018” beynəlxalq turnirində növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Ukrayna yığması ilə qarşılaşan komandamız 3:4 hesabı ilə məğlub olub. Millimizin qollarını Ramil Əliyev, Orxan Məmmədov və Sabir Allahquliyev vurub.
Xatırladaq ki, Azərbaycan yığması əvvəlki oyunlarında İspaniyaya 1:3, İrana 2:3 hesabı ilə uduzmuşdu.