Ölkə futbolu
“Qəbələ”də “qruplaşma” – VİDEO
2017/18 mövsümünün ikinci yarısına hazırlaşan …
2017/18 mövsümünün ikinci yarısına hazırlaşan “Qəbələ” Türkiyə toplanışını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” hazırlığın ikinci mərhələsinin 9-cu gününü başa vurub. Komanda günü bir məşqlə tamamlayıb. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında çalışan komanda günün ikinci yarısında hazırlıq keçib.
“Qırmızı-qaralar” iki qrupda məşq edib. Qruplardan biri fitnes zalında fiziki hazırlıq üzərində çalışıb. Digər futbolçular isə meydançada toplu çalışmaları icra edib.