Dünya futbolu
“Ştutqart” türkiyəli mütəxəssisə tapşırıldı
Almaniyanın “Ştutqart” klubunun yeni baş məşqç…
Almaniyanın “Ştutqart” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Tayfun Korkut çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 43 yaşlı mütəxəssis yeni klubu ilə 2018/19 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Bundesliqadakı son 7 matçdan 6-da məğlub olan “Ştutqart”ın rəhbərliyi bir neçə gün öncə baş məşqçi Hannes Volfu postundan uzaqlaşdırmışdı. Komanda bu məşqçinin rəhbərliyi altında cari mövsümdə 20 oyuna 20 xal toplayıb və 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.
T.Korkuta gəlincə, Türkiyə millisinin sabiq üzvü, futbolçu karyerasını başa vurduqdan sonra İspaniyada “Real Sosyedad”ın, Almaniyada isə “Hoffenhaym” və “Ştutqart”ın gənclərdən ibarət komandasını çalışdırmışdı. Bir ara Türkiyə millisində də məşqçi kimi fəaliyyət göstərən gənc mütəxəssis son illərdə “Hoffenhaym”, “Kayzerslautern” və “Bayer”in əsas komandasına baş məşqçilik edib.