Ölkə futbolu
Azərbaycan – Moldova matçı türkiyəli hakimlərə tapşırıldı
Futbol üzrə Azərbaycan milli komandası Türkiyənin Antaly…
Futbol üzrə Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, “Mardan” stadionunda keçiriləcək oyun yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
Qarşılaşmanı türkiyəli hakimlər idarə edəcək:
Baş hakim: Hüseyin Göçek
Baş hakimin köməkçiləri: Bahattin Duran, Tarık Ongun
Dördüncü hakim: Barış Şimşek