Ölkə futbolu
Super Liqa klubu Almeydanı istəyir
Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ…
Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçunun xidmətində Super Liqa təmsilçisi “Bursaspor” maraqlıdı. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Timsahlar”ın baş məşqçisi Pol Le Quen millimizin üzvü ilə yanaşı, “Feyenoord”un futbolçusu Kərim Əl Əhmədinin də xidmətində maraqlıdı.
Xəbərdə Almeydanın transfer qiymətinin 1 milyon 750 min avro olduğu vurğulanıb. Riçardın “yaşıl-ağlar”a transfer olmağa daha yaxın olduğu qeyd edilib.
“Bursaspor” bu futbolçulardan birini mövsümün sonuna kimi icarəyə götürmək istəyir.