Dünya futbolu
İngiltərə kuboku: 1/8 finalın püşkü atıldı
Futbol üzrə İngiltərə kubokunda 1/8 final mərhələsinin p&u…
Futbol üzrə İngiltərə kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, hələlik, növbəti mərhələyə 4 vəsiqənin sahibi müəyyənləşməyib. “Haddersfild” – “Birmingem”, “Notts Kaunti” – “Suonsi Siti”, “Milluoll” – “Roçdeyl” və “Nyuport Kaunti” – “Tottenhem” cütləri ilk oyunda qalibi müəyyənləşdirə bilmədiyindən, təkrar qarşılaşacaqlar. Buna baxmayaraq, həmin kollektivlərin də mərhələ adlayacağı halda hansı klubla qarşılaşacaqları artıq indidən bəllidi.
Beləliklə, İngiltərə Kubokunda 1/8 mərhələsinin cütlükləri aşağıdakı kimi olacaq:
Çelsi – Hall Siti
Uiqan – Mançester Siti
Lester Siti – Şeffild Yunayted
Vest Bromviç – Sauthempton
Haddersfild / Birmingem – Mançester Yunayted
Şeffild Uensdey – Notts Kaunti / Suonsi Siti
Milluoll / Roçdeyl – Nyuport Kaunti / Tottenhem
Brayton – Koventri Siti
1/8 finalın matçları fevralın 17-18-də keçiriləcək