Dünya futbolu
Premyer Liqada futbolçuya 6 oyunluq cəza
İngiltərənin “Vest Hem” klubunun futbolçusu Fuka…
İngiltərənin “Vest Hem” klubunun futbolçusu Fuka Artur Masuakuya 6 oyunluq cəza verilib.
Futbolinfo.az xəbər verir ki, belə ağır cəzaya onun İngiltərə Federasiya Kuboku çərçivəsində “Uiqan”a qarşı oyunda rəqib futbolçu Nik Pauellə tüpürməsi səbəb olub. Bu hərəkətinə görə o, qarşılaşmanın baş hakimi tərəfindən birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu.
İngiltərə Futbol Federasiyası isə onun 6 oyun cəzalandırılması barədə qərar qəbul edib. Bu üzdən 24 yaşlı futbolçu qarşıdakı “Kristal Pelas”, “Uotford”, “Bernli”, “Brayton”, “Liverpul” və “Suonsi Siti” ilə oyunlarda komandasına kömək edə bilməyəcək.