Ölkə futbolu
“Neftçi”nin yeni transferlərini yaxından tanıyaq
“Neftçi” heyətinə iki yeni futbolçu cəlb …
“Neftçi” heyətinə iki yeni futbolçu cəlb etdiyiniz xəbər vermişdik,
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu argentinalı hücumçu Lukas Qomes və kolumbiyalı yarımmüdafiəçi Mayk Kampasla 2018-ci ilin sonunadək müqavilə bağlayıb.
30 yaşlı L.Qomes son olaraq Venesuelanın “ACD Lara” klubunun şərəfini qoruyub. O, daha öncə vətənində “İndependyente”, “Almaqro”, “Alumni”, “Deportivo Armenio” klublardan forma geyinib. Hücumçu Kosta Rikanın “Bruxas”, “Universidad de Kosta Rika” və “Alaxuelense” komandalarının da şərəfini qoruyub. 2014-2016-cı illər aralığında isə o, Honduras çempionatında – “Motaqua” klubunda çıxış edib.
Qomes bu klublardan “Bruxas”la 2009-cu ildə Kosta Rika, “Motaqua” ilə 2014-cü ildə Honduras, “ACD Lara” ilə ötən ilə Venesuela çempionu olub.
M.Kampasa gəlincə, onun da 30 yaşı var. Yarımmüdafiəçinin karyerası demək olar ki, vətəni ilə bağlıdı. O, 2006-cı ildən 2015-ə qədər Kolumbiyanın “Sentauros Vilyavisensio”, “Santa Fe”, “Ekpreso Roxo”, “Deportes Tolima”, “Deportivo Pasto”, “Onse Kaldas”, “Boyaka Çiko” klublarında forma geyinib. 2017-ci ildən etibarən isə o, Venesuelada – UCR klubunda legioner həyatı yaşayırdı.
Qeyd edək ki, yeni legionerlərdən Qomes “Neftçi”də 9, Kampas isə 12 nömrə ilə çıxış edəcək.