Dünya futbolu
“Arsenal”ın forvardı rəsmən “Çelsi”də – FOTO
London “Arsenal”ının hücumçusu Olivye Jiru ?…
London “Arsenal”ının hücumçusu Olivye Jiru İngiltərədə klubunu dəyişib.
Futbolinfo.az xəbər verir ki, fransalı futbolçu bundan sonra Londonun digər təmsilçisi “Çelsi”nin şərəfini qoruyacaq. Bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb. Jiru yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb.
Transferin maliyyə detalları açıqlanmasa da, İngiltərə mətbuatı “Çelsi”nin Jiruya görə “Arsenal”a 18 milyon funt-sterlinq ödədiyini yazıb.
Jiru “Arsenal”a 2012-ci ildə Fransanın “Monpelye” klubundan 12 milyon avroya transfer edilmişdi. O, bu müddət ərzində London təmsilçisinin heyətində 253 matça çıxıb və 105 qol, 41 asistlə yadda qalıb.
31 yaşlı forvard Fransa yığmasında 69 oyun keçirib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?