Bizi izləyin

Ölkə futbolu

Millimizin üzvləri Fransa yığmasından danışdılar

Futzal üzrə milli komandamız Avropa çempionatının fina…

blank

Futzal üzrə milli komandamız Avropa çempionatının final mərhələsində ilk oyununu fevralın 2-də Fransaya qarşı keçirəcək. Futbolinfo.az xəbər verir ki, Fransa millisi isə startda dünən İspaniya ilə üz-üzə gəlib və yarışın növbəti sürprizinə imza atıb. Belə ki, matç 4:4 hesablı bərabərliklə nəticələnib. 

Oyunu tribunadan izləyən millimizin təcrübəli üzvlərinin düşüncələrini öyrənməyi lazım bildik:

Vitali Borisov: “Fransa yaxşı təşkilatlanmış komandadı. Oyun ərzində hesabda geri düşmədilər, üstünlüklərini sona yaxın əldən verdilər. Fərdi qabiliyyətlərinə görə seçilirlər, fiziki baxımdan isə çox güclüdürlər. Bizi çətin oyun gözləyir. Ümumiyyətlə, Avropa çempionatının final mərhələsində asan oyun olmur. Meydana çıxanda heç nəyə düşünməməli, sona qədər mübarizə aparmalı, qələbə qazanmalıyıq. Təbii ki, diqqət etməli olduğumuz məqamlar var. Xüsusilə də rəqibin atletik cəhətdən seçildiyini, əksər oyunçularının boy-buxunlu olduqlarını unutmamalıyıq. Oyunu 6-7 nəfərlə keçirdilər, buna baxmayaraq, İspaniya kimi rəqibin təzyiqinə dözdülər. Çox soyuqqanlıdırlar, öz oyunlarını nümayiş etdirirlər. Bu sadaladıqlarıma baxmayaraq, özümüzə inanmalı, oyunumuz göstərməliyik. İspaniyanın da zəif çıxış etdiyini deməzdim. Onlar ənənəvi oyunlarını göstərməyə çalışırlar, qol epizodları da yaratdılar. Sadəcə, fransızlar onların tam rahat hərəkət etməsinə, istədiklərini reallaşdırmasına imkan vermirlər”.

Rizvan Fərzəliyev: “Fransa əsasən birə-bir oynamağa çalışdı. Oyun üslubları fərqlidi. Onlar fərdi deyil, hansısa epizod zamanı zonalı oyun tərzinə üstünlük verirlər. Amma bu o demək deyil ki, fərdi qabiliyyətlərindən rəqibini keçmək üçün istifadə etmirlər. Əksinə, fürsət yaxaladıqca, rəqibi tərkisilah etməyə çalışırlar. Həm də özlərindən o qədər əmindirlər ki, həmin sonaya kimsə sığortalamaq üçün gəlmir. Qol vurduqları epizodlara gəldikdə, birinci qol zamanı bizim taktikaya yaxın hərəkət etdilər, pressinq tətbiq edib topu qazandılar və hesabı açdılar. Daha sonra birə-bir rəqibini keçib fərqləndilər. Buraxdıqları qollara gəldikdə, biz də bu cür vəziyyətlərdən yararlana bilərik. Artıq bu işdə “stolba”mızın üzərinə çox iş düşür. Çünki dərhal topu ona ötürməliyik. Həmin anda bir balaca fərdi üstünlük qazansa yaxınlığındakı komanda yoldaşına ötürmə edə və qol epizodu yarada bilərik. Ümumi götürdükdə, Fransa pis təsir bağışlamadı, sona qədər mübarizə apardılar. Əsas diqqət edəcəyimiz məqamlardan biri rəqibin müdafiədə yol verəcəyi səhvləri vaxtında dəyərləndirməklə bağlıdı. Artıq bunu taktiki tapşırıqlar əsasında edəcəyik”.

Emin Kürdov: “İki gündü Avropa çempionatının oyunlarını canlı izləyirik. Artıq görünən odur ki, hər kəs futzal oynamağı bacarır. Heç kim final mərhələsinə turist kimi gəlməyib. Fransa oyunu əsasən müdafidədən qurdu, rəqibin səhv etməsini gözlədi ki, bundan maksimum yararlandı. İspaniya ilə matçda bunun şahidi olduq. Kifayət qədər güclü rəqibdirlər. Avropa çempionatına iddialı gəliblər. Yaxşı hazırlıq keçiblər ki, İspaniya kimi güclü rəqibdən çəkinmədilər, əksinə, debüt ilində ilk matçını xalla qapadılar. Yəni layiqli mübarizə aparırlar. Qapıçı olduğuma görə, hücumçularının uzaq məsafədən təhlükəli zərbələr endirdiyini qeyd edə bilərəm. Kifayət qədər güclü hücumçuları var və “çərçivə”ni dəqiq görürlər. Abdessamad Mohammed, Landri Nqala təhlükəli hücumçulardır. Bizim üçün çətin qarşılaşma olacaq”.

Everton Kordoso “Qalo”: “Çox hazırlıqlı komandadı. Güclü rəqibə qarşı əla oyun göstərdilər. Son saniyəyə qədər mübarizədən qopmadılar. Oyun nizam-intizamına tam riayət etdilər. Bir sözlə, debütant olsalar da, çempionata güclü hazırlaşıblar. Bizi sabah çox çətin oyun gözləyir”.

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm