Ölkə futbolu
Şehiç oynadı, Prosineçki ilk məğlubiyyətini aldı – VİDEO
“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bo…
“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Hersoqovina milli komandasının heyətində növbəti oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, ABŞ turnesi çərçivəsində baş tutmuş qarşılaşmada rəqib Meksika yığması olub. Görüş amerikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qarabağ”ın qapıçısı oyuna start heyətdə başlayıb və fasilədə əvəzlənib. Komandası isə ikinci hissədə qol buraxaraq, məğlub olub.
Xatırladaq ki, Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi Bosniya və Herseqovina yığması daha əvvəl ABŞ-la qolsuz heç-heçə etmişdi və Şehiç həmin oyunda 90 dəqiqə meydanda olmuşdu.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?