Ölkə futbolu
Öncə məşq, sonra seminar
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında o…
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq prosesinin ikinci mərhələsinin 12-ci gününü başa vurub.
Futbolinfo.az xəbər verir ki, 2017/18 mövsümünün ikinci yarısına hazırlaşan “qırmızı-qaralar” günü bir məşqlə tamamlayıb. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında keçən səhər məşqi meydançada gerçəkləşib. Komanda üzvləri toplu və topsuz çalışmaları icra edib.
Günün ikinci yarısında hakimlər İnqilab Məmmədov və Mübariz Haşımov “Qəbələ”nin məşqçi və futbolçu heyəti üçün seminar keçirib. Ədalət təmsilçiləri videoçarxlar nümayiş etdirməklə komanda üzvlərini oyun qaydalarındakı yeniliklər barədə məlumatlandırıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?