Dünya futbolu
Özil müqavilə imzaladı, “Arsenal”ın tarixinə düşdü
İngiltərənin “Arsenal” klubunun türk əsilli alman…
İngiltərənin “Arsenal” klubunun türk əsilli almaniyalı hücumçusu Məsut Özil London təmsilçisi ilə müqaviləsinin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, 29 yaşlı futbolçunun bu ilin yayında bitəcək müqaviləsinin müddəti 2021-ci ilin yayına qədər uzadılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu müqavilədən sonra Özil “Arsenal”ın tarixinə düşüb. İngiltərə mətbuatının yazdığına görə, futbolçu bundan sonra həftəsinə 350 min funt-sterlinq qazanc əldə edəcək. Bu isə Özilin “Arsenal” tarixində ən çox qazanan futbolçuya çevrilməsi deməkdi.
London klubu Özili 2013-cü ilin yayında Madrid “Real”ından 47 milyon avroya transfer etmişdi. Məsut “Arsenal” formasıyla çıxdığı 182 matçda 36 qol vurub, 61 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya millisində 88 oyuna çıxan yarımmüdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə 20 oyun keçirib, 4 qol vurub, 7 məhuldar ötürmə edib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?