Bizi izləyin

Ölkə futbolu

Zaur Axundov: “Bizi ancaq qələbə qane edəcək”

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal F…

blank

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov qurumun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

– Futzal üzrə milli komandamız yanvarın 10-dan 27-dək Bakıda təlim-məşq toplanışı keçirib, yanvarın 28-dən etibarən isə hazırlığı Avropa çempionatının final mərhələsinə evsahibliyi edən Sloveniyanın Lyublyana şəhərində davam etdirir. İlk oyundan əvvəl komandada vəziyyət necədir?
– Əhval-ruhiyyə yaxşıdır. Məşqlər plan üzrə keçirilir. Bakıda məşqlərdə zədəli olduğuna görə, Thaqo kollektiv çalışmalarda iştirak edə bilmədi. Ancaq o, son bir həftədə komandaya qoşuldu və oyunöncəsi keçirilən məşqdə fəal iştirak etdi. Komandanın Fransa ilə oyuna tam hazır olduğunu deyə bilərəm.

– Baş məşqçi ilə komandayla bağlı söhbətiniz olubmu?
– Joze Alesio da Silva ilə hər gün söhbət edirik. O, sərəncamında olan oyunçuları çox yaxşı tanıyır. AFFA rəhbərliyi də komandanın yaxşı hazırlıq və yoldaşlıq oyunları keçirməsi üçün hər cür şərait yaratdı. Baş məşqçi bu imkandan maksimum istifadə edib və komandanı çempionata yaxşı hazırlayıb.

– Oyundan əvvəl sizi narahat edən məqam varmı?
– Rəqibin kimliyindən asılı olmayaraq, hər oyundan əvvəl narahatlıq keçirirəm. İspaniya – Fransa qarşılaşmasını izlədikdən sonra isə narahatlığım bir qədər də artıb. Fransa gözləmədiyimiz oyunu nümayiş etdirdi. Deyərdim ki, həmin oyunda İspaniya 1 xal qazandı, Fransa isə 2 xal itirdi. Artıq Avropada zəif komanda, rəqib anlayışı yoxdu. Əgər Fransa Xorvatiya kimi komandanı məğlub edib həlledici mərhələyə qatılıbsa, deməli güclü rəqibdir. Onlar İspaniya ilə oyunda bunu bir daha təsdiqlədilər.  

– İzlədiyiniz Fransa millisinin əsas üstünlüyü, təhlükəli cəhətləri hansılardı?
– Onlar meydana istəkli çıxmışdılar, sona qədər də əzmkarlıq göstərdilər. Komandadakı ruh yüksəkliyi onları oyuna yaxşı kökləmişdi. Nəticədə dünya və Avropa çempionu olan İspaniya meydanda aciz görünürdü. Təbii ki, güclü rəqiblə oyunda qazanılan 1 xal onlara əlavə ruh yüksəkliyi verib. Çalışacaqlar bizimlə qarşılaşmada da qələbə qazansınlar və özləri üçün yeni tarix yazsınlar. Ona görə də Fransa ilə oyun bizim üçün çempionatın final matçına bərabərdir.

– Fransanın çempionata Azərbaycan millisindən əvvəl start verməsinin müsbət və mənfi məqamları hansılardı?
– Onlar artıq meydana alışıblar, ilkin həyəcanı yaşayıblar, xal hesabını açıblar. Bizim üçün müsbət məqamı odur ki, oyunçularımız bir gün artıq istirahət ediblər. Ümumiyyətlə, Fransanın İspaniya kimi favorit komandadan xal alacağını heç kim gözləmirdi. Ancaq futbolda belə sürprizlər də yaşanır. Onlarla oyunda bizi ancaq qələbə qane edəcək. Heç-heçə də komandamıza sərf etmir.

– İspaniya – Fransa oyunundan sonra azarkeşlərdə də bir ruh düşkünlüyü yaranıb. Sanki rəqib bu nəticə ilə onları qorxudub. Oyunçularda necə, bu hiss olunurmu?
– İndiyə qədər heç vaxt rəqibimizdən qorxmamışıq, ancaq hörmətlə yanaşmışıq. İspaniya, İtaliya, Rusiya kimi daha güclü rəqiblərlə də qarşılaşmışıq, ancaq meydana qorxu altında çıxmamışıq, sona qədər mübarizə aparmışıq. Bəlkə də İspaniya Fransa ilə oyuna arxayın çıxmışdı və yekunda bunun acısını daddı.

– Hazırkı çempionat sürprizlərlə başlayıb. Arxada qalan oyunlarla bağlı nə deyə bilərsiniz?
– Rusiya – Polşa oyununda da sürpriz nəticə qeydə alındı. Əksər mütəxəssislər Rusiya yığmasını favorit görürdü və onların asan qələbə qazanacağını düşünürdü. Ancaq Polşa sona 9 saniyə qalmış hesabı bərabərləşdirdi. Sürprizlər qeydə alınmağa başlayıb, amma indi bizi yalnız Fransa ilə oyun düşündürür. Heç-heçə bizim üçün məğlubiyyətə bərabərdir. Ancaq qələbə qazanacağımız təqdirdə komandadan razı qala bilərəm.

– Qarşıya qoyulan məqsəd dəyişməyib?
– Qətiyyən. Minimum tapşırıq növbəti mərhələyə yüksəlməkdir. Bunun üçün də Fransa ilə oyunda qələbə qazanmalıyıq.  

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm