Ölkə futbolu
PFL prezidenti: “Tərlan Əhmədov vaxtınının çoxunu klubdan kənarda keçirir”
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Neft&cced…
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovla münasibətlərinin soyuduğuna dair məlumatları təsdiqləyib.
Futbolinfo.az xəbər verir ki, PFL rəhbəri bu gün jurnalistlərə açıqlamasında məsələ ilə bağlı bunları söyləyib:
“SSRİ vaxtında bir insan kommunist partiyasına qəbul olunanda 3 nəfər onun namizədliyinə zamin durmalı idi. Mən də Tərlan Əhmədovun “Neftçi”yə gedişinə zamin durmuşam. Tərlan gözəl məşqçi, gözəl insandı. Amma çıxışımın əvvəlində dedim ki, klubların nə işlə məşğul olması haqda məlumatımız var. Mənə deyildi ki, Tərlan vaxtınının çoxunu klubdan kənarda keçirir. Mən də bu səbəbdən ona iradımı bildirdim, dedim ki, axı sənə zamin durmuşam. Yəni sadəcə, incimişəm. Amma Tərlan yaxşı məşqçidi, onun xasiyyətinə bələdəm. Bilirəm ki, Tərlana cavab verməməyim onu yerindən tərpədəcək”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?