Ölkə futbolu
Hakimlər “Qəbələ”yə dərs keçdilər – VİDEO
“Qəbələ” 2017/2018 mövsümünün ikinc…
“Qəbələ” 2017/2018 mövsümünün ikinci yarısına hazırlığını Türkiyənin Anltalya şəhərində davam etdirir.
Futbolinfo.az xəbər verir ki, “Gloria” otelində məskunlaşan komanda toplanışın son günlərini də aktiv proqramla keçirir. Ötən gün komandanın yerləşdiyi otelə gələn azərbaycanlı hakimlər – İnqilab Məmmədov və Mübariz Haşımov məşqçi və futbolçu heyəti ilə görüş keçirib. Hakimlər futbol qaydalarına edilən son dəyişikliklərdən danışıb, futbolçulara ətraflı məlumat veriblər. Oyundankənar vəziyyət, cərimə zərbələri, penalti və simulyasiya hərəkətləri ilə bağlı qaydalarda edilən dəyişikliklər videosüjetlərlə ətraflı izah edilib.
Sonda komandanın baş məşqçisi Roman Qriqorçuk qonaqlara təşəkkür edib, qarşıdakı çempionat oyunlarının idarəçiliyində uğurlar diləyib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?