Ölkə futbolu
“Qarabağ” həm xal itirdi, həm də cərimələnəcək
Topaz Premyer Liqasında 2017/2018 mövsümünün 3-c&…
Topaz Premyer Liqasında 2017/2018 mövsümünün 3-cü dövrəsi heç-heçələrlə başladı. İstər Zirədəki, istərsə də Suraxanıdakı oyunda qalib müəyyənləşmədi, bu da liderlər qrupunda vəziyyətin dəyişməməsinə səbəb oldu.
Turnir cədvəlinin ilk 4 pilləsindəki komandalar xal bölməklə mövsümün qalan hissəində qiyabi mübarizədə vəziyyəti dəyişməyə çalışacaqlar. Avropa Liqasına düşmək uğrunda mübarizə aparan “Sumqayıt” üçün bu nəticə sərfəlidi. 4-cü yeri qənimət bilən Samir Abasovun yetirmələri hətta ilk hissədəki oyunuyla qələbəyə də layiq idi.
1:1 “Zirə”nin tam ürəyincə olmamalıdı, komanda evdə xal itirdi. Lakin startdakı bərabərlik məğlubiyyətdən daha yaxşıdı. Heyətdə ciddi dəyişikliklər var və komandanın əsl gücünü irəlidəki turlarda görəcəyik.
Turun mərkəzi oyununda isə ümumiyyətlə, qol vurulmadı. “Qarabağ” matç boyunca daha “dişli” görünsə də, “Qəbələ” qapısını toxunulmaz saxlaya bildi. Bu nəticə 2 lider arasındakı 6 xallıq fərqin davam etməsinə şərait yaratdı.
Oyun göstərdi ki, ağdamlıların çempionluq titulunu qorumaq ehtimalı yüksəkdi. Komandaların heç biri güclənməsə də, “Qarabağ”ın oyunçu arsenalı daha zəngindi. Bir sıra futbolçuların zədəli olması fonunda da, meydan sahibləri diqtə edən tərəf idi. “Qəbələ” isə heç-heçə üçün oynayan, qorxaq təsir bağışlayan kollektiv kimi görünürdü. Hücum xəttində sıxıntısı hiss olunan əyalət klubunda yarımmüdafiə də rəqibin təzyiqi qarşısında aciz görünürdü. Bununla belə, Roman Qriqorçuk əsas heyətin özəyini qoruyub ki, bu da sonadək mübarizə aparmağa imkan verəcək.
“Qarabağ” bu matçda təkcə 2 xal itirmədi. Yəqin ki, AFFA İntizam Komitəsi kluba azarkeşlərin davranışı üzündən cəza da kəsəcək. Hakimləri yersiz təhqir edən fanatlar meydana xeyli yad əşya atdı, petard yandırdı. Bu isə klubu yersiz cəriməyə məruz qoyacaq.
AĞA
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”