Ölkə futbolu
Gəncə stadionun direktoru: “Problem otun özündə yox, rəngindədi”
Gəncə şəhər stadionun direktoru Cabir İbrahimov stadionun ot &ou…
Gəncə şəhər stadionun direktoru Cabir İbrahimov stadionun ot örtüyünün saralmasına münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, o, qol.az-a açıqlamasında məlumatı təsdiq edib. İbrahimov bildirib ki, ot örtüyünə cavabdehliyi başqa şirkət daşıyır və onlar da qazonun saralmasını normal hesab edirlər:
"Stadionun ot örtüyünün salınmasına cavabdeh "Aqrosport" şirkətidir. Həmin işləri icra etmək üçün onların bizdə nümayəndəsi var. Hər şeyə özləri nəzarət edirlər. Bizə verdikləri məlumata görə, belə olmalıdır. Havanın soyuq keçməsi və qazonun altında istilik sistemlərinin olmaması səbəbindən ot örtüyü saralıb".
İbrahimovun sözlərinə görə, qazonun hazırkı durumu oyunların keçirilməsinə problem yaratmayacaq. Hətta o, nə qədər maraqlı səslənsə də, növbəti aydan ot örtüyünün yenidən əvvəlki rənginə qayıdacağını bildirib: "Vaxtı-vaxtında qazona qulluq göstərilir. İşçilər hər gün gəlib nəzarət edirlər. Bu, oyunların keçirilməsinə mane olmayacaq. Çünki problem otun özündə yox, rəngindədir. Yəqin ki, növbəti aydan rəngi düzələr, yəni, yaşıllaşar".
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?