Ölkə futbolu
“Qarabağ” rəqiblərinə uğur arzuladı – Atmaca ilə
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ"ın…
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ"ın “Facebook”dakı rəsmi səhifəsi Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində bu gün keçiriləcək “Kopenhagen” (Danimarka) – “Atletiko” (Madrid, İspaniya) matçı öncəsi maraqlı paylaşım edib.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu ÇL-də bu mövsüm qarşılaşdığı rəqiblərinə uğurlar arzulayıb: “Qarabağ”ımızı unutmayacaq iki rəqibimizə də uğurlar arzulayırıq”.
Qeyd edək ki, "Qarabağ" bu mövsüm ÇL-in pley-off mərhələsində “Kopenhagen”i səfərdə vurulan qolla (1:0; 1:2) keçərək, tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə düşüb. Komandamız ÇL-in qrup mərhələsində isə "Atletiko" ilə hər iki matçda heç-heçə (0:0; 1:1) edib və Madrid təmsilçisinin bu turniri tərk etməsində başlıca rol oynayıb.
“Kopenhagen” – “Atletiko” matçı bu gecə Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…