Ölkə futbolu
İbrahimov təkzib edir
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sa…
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri, bu postdan, eyni zamanda “Kəpəz”in Müşahidə Şurasında sədr müavinliyindən qovulan Mikayıl Nərimanoğlunun Gəncədəki evini satdığını xəbər vermişdik. Özəl mənbəmizin məlumatına görə, 72 manatlıq məhəllə evi klubun ovaxtkı icraçı direktoru Cabir İbrahimovun tanışlarından birinə qismət olub.
Bu gün İbrahimov redaksiyamızla əlaqə saxlayıb, bu məsələnin ona heç bir dəxli olmadığını bildirdi. O, Sadıllı məhəlləsindəki əmlakın hansısa tanışı tərəfindən alınmadığını, bu məsələnin ona dəxli olmadığını bildirdi: “Hamı ev alıb-sata bilər. Amma bu olayın mənə qətiyyən dəxli yoxdu. Qətiyyətlə deyirəm ki, yazdığınız məlumatda mənimlə bağlıolan hissə həqiqəti əks etdirmir”.
Hazırda Gəncə stadionunun direktoru kimi çalışan İbrahimovun narahatlığını başa düşürük. Bu səbəbdən də ona tribuna verməyi lazım bildik. Lakin çox yaxınlarda xəbərimizin təsdiqi kimi bəzi sənədləri paylaşacağıq. Ümid edirik, Cabir bəy o zaman da danışmağa söz tapacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?