Ölkə futbolu
“Sumqayıt” “Keşlə” ilə oyunun hazırlığına başladı
Topaz Premyer Liqasının 16-cı turunda “Neftçi”ni…
Topaz Premyer Liqasının 16-cı turunda “Neftçi”ni məğlubiyyətə uğradan “Sumqayıt” 2 günlük istirahətin ardından məşqləri bərpa edib. Futbolinfo.az xəbər verir ki, komanda Samir Abasovun rəhbərliyi altında saat 11:00-da “Sumqayıt Arena”da məşqə çıxıb.
Məşqin ilk yarısını fitness zalında hazırlaşan futbolçular ikinci yarıda meydançada toplu çalışmalar ediblər. Bərpa prosesini tamamlayan Elnur Abdullayev artıq komandaya qoşulub. Bundan başqa əvəzedici heyətin bir neçə futbolçusu da hazırlıq prosesinə cəlb olunub.
Qeyd edək ki, “Keşlə” – “Sumqayıt” qarşılaşması 25 fevral tarixində keçiriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”