Ölkə futbolu
“Sumqayıt”dakı təxirəsalmanın səbəbi
“Sumqayıt”ın yeni prezidenti ilə bağlı yekun qərar b…
“Sumqayıt”ın yeni prezidenti ilə bağlı yekun qərar bir neçə ay sonraya qaldı. Kluba müvəqqəti rəhbər təyin edilməsi göstərdi ki, hələlik bu posta layiqli namizəd yoxdu.
Klubun Müşahidə Şurasının dünənki iclasında vitse-prezident Vaqif Ömərov prezident səlahiyyətlərinin müvəqqəti icraçısı təyin olundu. Onu layiq bilsəydilər, birbaşa təyin edər, işləri ona müvəqqəti tapşırmazdılar. Görünür, “Neftçi”yə gedən Kamran Quliyevin xələfini elan etmək üçün daha münasib zaman gözləniləcək.
Zaur Hacıməhərrəmovun bu posta gələcəyi ilə bağlı mətbuatda gedən xəbərlər təsadüf deyildi. AFFA bu informasiyanı sızdırmaqla bir növ futbol ictimaiyyətinin damarını yoxladı, reaksiyasını öyrəndi. Əksəriyyətin bu təyinata qarşı olduğu müəyyənləşdikdən sonra isə funksionerlər bir müddət gözləməyi lazım bildilər.
Bu postun Ceyhun Sultanova qismət olmayacağı da dəqiqdi. “Sumqayıt”ın meneceri həm də Kamran Quliyevin sağ əlidi. Buna görə o da Bakıya köçəcək. Uzağı yaya kimi sabiq yarımmüdafiəçi “Neftçi”yə gətiriləcək. Bir neçə ay öncə ləğv edilən icraçı direktor postu yenidən bərpa olunacaq və Ceyhuna tapşırılacaq.
“Sumqayıt”ın yeni prezidenti postuna kimin təyin olunacağıyla bağlı kiçik təsəvvürümüz belə yoxdur. Amma klubun Müşahidə Şurasından, əsasən də bu məsələləri birbaşa həll edən AFFA rəhbərliyindən xahişimiz var. Elə adamı təyin edin ki, prezident postu dəyərdən düşməsin, sanbalını itirməsin. Son vaxtlar elə adamlar bu vəzifələrə təyin olunur ki, “prezident” sözü adiləşib. İnzibatçı, masajçı ilə klub rəhbərinin fərqi olmalıdı, ya yox?..
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”