Dünya futbolu
“Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
Rusiyanın “Rostov” klubu İspaniyadakı təlim-məşq top…
Rusiyanın “Rostov” klubu İspaniyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi bu klub Norveç “Stabek”i ilə üz-üzə gəlib. Qarşılaşma “Rostov”un 1:0 hesablı qələbəsiylə başa çatıb. Komandasının yeganə qolunu da məhz Ayaz vurub. Start heyətdə meydana çıxan, 81-ci dəqiqədə əvəzlənən futbolçumuz 7-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Quliyev oyundan sonra klub saytına açıqlama verib. O, komandaya uyğunlaşma prosesində çətinlik çəkmədiyini deyib:
“Özümü “Rostov”da əla hiss edirəm. Sanki uzun müddətdi ki, burada oynayıram. Təlim-məşq toplanışında əvvəlcə asan olmadı. Mənə düzgün bərpa kömək oldu. İndi hər şey qaydasındadı. İstənilən komanda yoldaşımla özümü meydanda inamlı hiss edirəm. Aramızda qarşılıqlı anlaşma var”.
Müqavilə ilə “Spartak”a məxsus olan Ayaz Quliyev “Rostov”da icarə əsasında çıxış edir.