Ölkə futbolu
Kapitan üçün əlamətdar tur
Topaz Premyer Liqasının 17-ci turu “Kəpəz”in kapitanı…
Topaz Premyer Liqasının 17-ci turu “Kəpəz”in kapitanı Şəhriyar Rəhimov üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”la səfər qarşılaşması (1:0) 30 yaşlı yarımmüdafiəçinin Azərbaycan çempionatlarında 200-cü oyunu olub. 2007/08 mövsümündə Premyer Liqada debüt edən Rəhimov bu 11 çempionatda 5 klubun şərəfini qoruyub. Hesabında 10 qol olan yarımmüdafiəçi “Kəpəz”də 78 (6 qol), AZAL-da 56 (2 qol), “Rəvan”da 31 (1 qol), “İnter”də 23, “Karvan”da 12 (1 qol) oyuna çıxıb.
Qeyd edək ki, Şəhriyar Azərbaycan çempionatlarında 200 və ya daha çox oyun keçirən 122-ci futbolçudur.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?