Dünya futbolu
Super Liqa klubu baş məşqçisini qovdu
Türkiyənin “Alanyaspor” klubu baş məşqçisi…
Türkiyənin “Alanyaspor” klubu baş məşqçisi Hikmət Karamanla yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Buna Super Liqa təmsilçisinin son vaxtlar uğursuz çıxış etməsi səbəb göstərilir. Belə ki, “Alanyaspor” son 6 oyunun 5-də məğlub olub. Nəhayət, Super Liqanın 23-cü turunda evdə “Trabzonspor”a da uduzan (1:2) Alanya təmsilçisinin rəhbərliyi Safet Suşiçdən sonra baş məşqçi postuna təyin edilən Karamanla yolları ayırmaq qərarına gəlib.
Artıq komandanın yeni baş məşqçisi də bəllidi. “Alanyaspor” təcrübəli məşqçi Məsut Bakkalla anlaşıb. Anlaşmanın yaxın vaxtlarda rəsmən açıqlanması gözlənilir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?