Dünya futbolu
Millimizin futbolçusu baş məşqçisiz qaldı
Almaniyanın “Ersebirge” klubu baş məşqçi Tomas …
Almaniyanın “Ersebirge” klubu baş məşqçi Tomas Letşi istefaya göndərib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun da şərəfini qoruduğu Aue təmsilçisinin rəsmi saytı məlumat yayıb. İkinci Bundesliqada mübarizə aparan klub qarşılıqlı razılaşma əsasında 50 yaşlı mütəxəssisin 2020-ci ilə qədər olan müqaviləsinə xitam verib.
Qeyd edək ki, Tomas Letş iyunda Domeniko Tedeskonun "Şalke"nin sükanı arxasına keçməsindən sonra “Ersebirge”nin baş məşqçisi təyin edilmişdi. Lakin komandanın uğursuz çıxışı onun bu postda çox qalmasına imkan verməyib. Auelilər 24 turdan sonra 28 xalla 14-cü pillədə qərarlaşıblar.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?