Müsahibə
Dieqo Souza: “Premyer Liqada rəqabət çox zəifdi”
“Kəpəz”in braziliyalı legioneri Dieqo Souzanın futboli…
“Kəpəz”in braziliyalı legioneri Dieqo Souzanın futbolinfo.az-a müshaibəsi
– Komandanız ardıcıl üçüncü oyununda da məğlub oldu. "Qarabağ"la matçda demək olar ki, qol şansınız da olmadı…
– Hamımız rəqibin gücünü bilirdik. "Qarabağ"a qarşı oynayan istənilən rəqib diqqətli olmalıdı. Biz hər şeyi düzgün etdik. Sadəcə, komandamızın dözümsüzlüyü sonda qol buraxmağımızla nəticələndi.
– Qış fasiləsindən sonra xal üzünə həsrət qalmısız…
– Hamı oyunları izləyir. Fİkrimcə, biz pis komanda deyilik. Heç bir oyunda zəif çıxış etmədik. Hər bir komanda ilə başa-baş mübarizə apardıq. Təəssüf ki, qollar buraxmışıq. Biz daha çox çalışmalıyıq. Çünki əminəm ki, qalib gələcəyik. İnamla irəliləyirik.
– Durumu dəyişmək üçün nə etmək lazımdı?
– İndiki məğlubiyyətlərdən sonra nəsə demək çətindi. Amma bu vəziyyəti xeyrimizə dəyişə biləcək gücümüz var. Biz peşəkarlıq göstərib yaxşı çalışmalıyıq. Mütləq şəkildə situasiya dəyişməlidi.
– Bir müddət sonra yenidən Azərbaycana qayıtmısan. Çempionatda rəqabət necədi?
– Fikirlərim çox fərqlidi. "Xəzər Lənkəran"da oynadığım vaxt sona qədər mübarizə gedirdi. Çempionun kim olduğu son turlarda bilinirdi. Son oyuna qədər bütün gücümüzü nümayiş etdirirdik. Amma hazırda "Qarabağ"ın çempion olacağına heç kimin şübhəsi yoxdu. İndidən hamı bununla razılaşıb və razılaşmalıdı. "Qarabağ" Azərbaycan futboluna çox şey qazandırıb, amma liqada rəqabət çox zəifdi.
– Görünür məğlubiyyətlər komandadaxili vəziyyətə də pis təsir edib. Mediada yazılana görə, Samir Zərgərovla Vinçester arasında oyunöncəsi məşqdə dava olub…
– Bu barədə danışmaq mənim işim deyil. Mən komandama kömək etmək haqqında düşünürəm. Davalar və baş verən problemlər haqqında yetkili adamlar danışa bilər. Bu klubun işidi.
FƏRİD
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?