Dünya futbolu
UEFA Samirin cəzasını rəsmən açıqladı
UEFA dopinqdən istifadə etməkdə günahlandırılan Samir Nəsr…
UEFA dopinqdən istifadə etməkdə günahlandırılan Samir Nəsrinin cəzasını rəsmən açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, bir müddət öncə İspaniyanın “Marka” qəzetində fransalı futbolçunun 1 il müddətinə cəzalandırılacağı barədə xəbər yayılmışdı. Ancaq Avropanın ali futbol qurumu Nəsriyə 6 aylıq cəza verməklə kifayətlənib.
Samir bir müddət öncə UEFA-nın dopinq qəbul etməsi barədə araşdırma aparması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etsə də, bu qurum futbolçunun etirazını rədd etmişdi.
Karyerası ərzində “Arsenal”, “Mançester Siti”, “Sevilya”, “Olimpik” (Marsel) kimi komandalarda top qovmuş Nəsrinin son klubu “Antalyaspor” olub. 30 yaşlı futbolçu bu qışda Antalya təmsilçisindən ayrıldıqdan sonra işsizdi.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”