Dünya futbolu
“Latsio” futbolçusunu icarəyə verdi
İtaliyanın “Latsio” klubu müdafiəçi Maurisi…
İtaliyanın “Latsio” klubu müdafiəçi Maurisio ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi braziliyalı futbolçunu Polşanın “Legiya” klubuna icarəyə verib. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu “Legiya” ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, Maurisio “Latsio”ya 2015-ci ildə “Sportinq”dən (Portuqaliya) transfer edilib. O, 2016/17 mövsümündə də Moskva “Spartak”ında icarədə olub.