Dünya futbolu
Kuaresmaya ağır cəza
Türkiyə kubokunun yarımfinal mərhələsinin “Fənərbax&…
Türkiyə kubokunun yarımfinal mərhələsinin “Fənərbaxça” ilə ilk oyununda qırmızı vərəqə alan “Beşiktaş”ın futbolçusu Rikardo Kuaresmanın cəzası bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Futbol İntizam Komitəsi oyun zamanı rəqib futbolçulardan Jozef de Souza və Mehmet Ekici ilə dalaşdığına görə qırmızı vərəqə alaraq meydandan qovulan portuqaliyalıya 5 oyunluq cəza verib.
Super Liqanın son turunda “Trabzonspor”la oyunu buraxan Kuaresma daha 4 matçda (“Gənclərbirliyi”, “Başakşəhər”, “Alanyaspor”, “Göztəpə”) “qartallar”a kömək edə bilməyəcək.
Xatırladaq ki, “Beşiktaş” – “Fənərbaxça” oyunu 2:2 hesablı bərabərliklə nəticələnmişdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…