Ölkə futbolu
PAOK Pedroya görə “Qarabağ”dan 5 milyon avro tələb edir
“Qarabağ” mövsümün əvvəlində Yunanısta…
“Qarabağ” mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan icarəyə götürdüyü Pedro Enrikeni birdəfəlik transfer edə bilər.
Futbolinfo.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb. Xəbərdə Ağdam təmsilçisinin bununla bağlı artıq Yunanıstan klubuna rəsmi təklif göndərdiyi bildirilir.
Amma braziliyalı yarımmüdafiəçinin keçidi “Qarabağ”a elə də asan başa gəlməyəcək. Çünki PAOK rəhbərliyi 27 yaşlı futbolçu üçün 5 milyon avro tələb edir.
İddiaya görə, “Qarabağ” rəsmiləri sözügedən məbləği aşağı salmaq üçün danışıqları davam etdirir.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç