Ölkə futbolu
Millimizdə ciddi itki
Milli komandamızın baş məşçqisi Qurban Qurbanov Makedoniya…
Milli komandamızın baş məşçqisi Qurban Qurbanov Makedoniya ilə yoldaşlıq oyununda aparıcı futbolçulardan birinin xidmətindən istifadə edə bilməyəcək.
Futbolinfo.az xəbər verir ki, Ukraynanın "Aleksandriya" klubunun müdafiəçisi Pavel Paşayev zədəli olduğu üçün sabah keçiriləcək oyunda meydana çıxmayacaq.
Qeyd edək ki, Paşayev Belarusla Bakıdakı matçda start heyətində oynamışdı. İkinci hissədə onun əvəzinə Tural Axundov meydana daxil olmuşdu.
Xatırladaq ki, Azərbaycan – Makedoniya görüşü sabah saat 20:00-da başlayacaq və CBC Sport-la canlı yayımlanacaq. (CBC Sport)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir