Dünya futbolu
Türkiyə klubu millimizin üzvü ilə yeni müqavilə imzalayır
Türkiyənin “Samsunspor” klubu Azərbaycan yığması…
Türkiyənin “Samsunspor” klubu Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakla bu mövsümün sonunda başa çatacaq müqavilənin müddətini uzada bilər.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun idman direktoru Coşkun Zeren Türkiyə mətbuatına açıqlamasında bildirib. Onun sözlərinə görə, Samsun təmsilçisi növbəti mövsüm 1-ci liqada qalacağı təqdirdə, Ufuk Budak və daha bir neçə futbolçu klubla yeni müqavilə imzalamağa razılıq veriblər. Son dövrlərə qədər klubdan maaşlarını ala bilməyən, buna görə özlərinə yeni iş yeri axtarışında olan “Samsunspor”un aparıcı futbolçularının fikrinin dəyişməsinə klubun Qəyyumlar Şurasının sərəncamına verilməsi səbəb olub.
Xatırladaq ki, "Samsunspor" hazırda 1-ci liqada 33 xalla 14-cü pillədə qərarlaşıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?