Dünya futbolu
İtaliya derbisində “Yuve” sevindi, “Napoli” büdrədi – VİDEOLAR
İtaliya A Seriyasında 30-cu turun oyunları keçirilib.
Fut…
İtaliya A Seriyasında 30-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
30-cu turun ilk oyununda “Bolonya” “Roma”nı qəbul edib. Paytaxt təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib.
"Napoli" də "Sassuolo" ilə səfər oyununda oxşar aqibəti yaşayıb. "İnter" isə doğma meydanda "Verona"nı darmadağın edib.
Turun mərkəzi görüşündə lider “Yuventus” evdə əzəli rəqiblərindən “Milan”la qarşılaşıb. Dörd qolun qeydə alındığı görüşdə Turin təmsilçisi inamlı qələbəyə sevinib.
İtaliya A Seriyası
30-cu tur
31 mart
Bolonya – Roma 1:1
Qol: Pulqar, 18 – Dzeko, 76.
Atalanta – Udineze 2:0
Qol: Petanya, 68. Masiello, 74.
Kalyari – Torino 0:4
Qol: Falke, 61. Lyayiç, 65. Ansaldi, 79. Obi, 88.
Fiorentina – Krotone 2:0
Qol: Simeone, 3. Kyeza, 62.
Cenoa – SPAL 1:1
Qol: Lapadula, 30-pen. – Latsari, 60.
İnter – Verona 3:0
Qol: İkardi, 1; 49. Perişiç, 13.
Latsio – Benevento 6:2
Qol: İmmobile, 19; 68. Kaysedo, 60. De Vrey, 66. Leyva, 83. Alberto, 90-pen. – Kataldi, 23. Gilyerme, 51.
Kyevo – Sampdoriya 2:1
Qol: Kastro, 62. Hetemay, 79 – Kvalyarella, 26-pen.
Sassuolo – Napoli 1:1
Qol: Politano, 22 – Rocerio, 80-avtoqol.
Yuventus – Milan 3:1
Qol: Dibala, 8. Kuadrado, 79. Xedira, 87 – Bonuççi, 28.
–
–
–
–