Dünya futbolu
Tural oynamadı, komandası xal itirdi
Futbol üzrə Çernoqoriya çempionatında 26-cı turu…
Futbol üzrə Çernoqoriya çempionatında 26-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun bu qış transfer olunduğu “Deçiç” klubu da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Sutyeska” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Tural bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, “Deçiç” geridə qalan turlarda cəmi 20 xal toplayıb və 10 iştirakçı arasında sonuncudu.