Ölkə futbolu
“Ronaldinyo akademiyası” 2018-də açılmayacaq
“Ronaldinyo akademiyası”nın açılışı yenə tə…
“Ronaldinyo akademiyası”nın açılışı yenə təxirə salındı. Bu ayın əvvəlində fəaliyyətə başlamalı olan məktəb 2018-i də susqun keçirəcək.
Futbolinfo.az xəbər verir ki, 2016-cı ilin oktyabrında Ronaldinyonun nümayəndə heyəti ilə “Qəbələ” klubunun rəhbərliyi Bakıda memorandum imzalandı. Ötən il sentyabrın 1-də məktəbin açılışı reallaşmalıydı. Bunun üçün 1 il öncə – martda Dubayda müqavilə rəsmiləşmişdi. Anlaşmaya əsasən, bugünlərdə məktəbin açılışı olmalı idi. Əhmədlidə akademiya üçün ərazi götürülmüş, tikinti başlanmışdı.
Lakin indi bəlli olur ki, inşaatçılar müəyyən problemlər üzündən tikinti işlərini ləngidib və bu il də akademiyanın açılışı reallaşmayacaq. “Qəbələ” məktəbin gec hazır olacağından xəbərdar olduğu üçün öncə başqa bir yerdə məktəbi açmağı, daha sonra daimi məkana köçürməyi də düşünüb. Lakin bu istək də reallığa çevrilməyib və planlar 2019-cu ilin əvvəlinə kimi təxirə salınıb.
İmzalanan 3 illik müqavilə hələ də qüvvədədi və “Ronaldinho Soccer Academy”nın nümayəndələri işlərin gedişi ilə maraqlanır. Onlar üzrlü səbəbdən işlərin ləngiməsini anlayışla qarşılayır və ümid edirlər ki, 2019-cu ilin əvvəlində nəhayət, aysberq yerindən tərpənəcək.