Dünya futbolu
Ufuk Budak oynamadı, komandası evdə xal itirdi
Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 30-cu turun oyunla…
Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 30-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “İstanbulspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Ufuk bu görüşün iştirakçısı olmayıb. Zədəli olan futbolçu hazırda müalicə alır.
“Samsunspor” hazırda 34 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.