Dünya futbolu
Dadaşovun yoxluğunda komandası xal itirdi
Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 22-ci…
Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 22-ci turdan təxirə salınmış oyunlar keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Oberlausitz” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Cari mövsümdə vurduğu 25 qolla komandasının ən məhsuldar futbolçusu olan Rüfət bu oyunun iştirakçısı olmayıb.
"Dinamo" hazırda 53 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
Onu da bildirək ki, Rüfət hazırda “Dinamo”da forma geyinsə də, növbəti mövsümdən 3-cü Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…